Bakıda BCF-in nümayəndəsinin iştirakı ilə hakimlər və məşqçilər üçün seminar keçirilir
BOK
28.11.2022, 13:28
Noyabrın 28-də Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. 3 gün davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir.
Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.
"Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir.”, - deyə Daniel Laskau çıxışında bildirib.
ACF baş katibi Rəşad Rəsullunun sözlərinə görə Federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: "BCF Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri "A” və "B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək."
Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK