"Vüqar Həşimov Memorialı”nın bütün iştirakçıları müəyyənləşdi

"Vüqar Həşimov Memorialı”nın bütün iştirakçıları müəyyənləşdi

Dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII beynəlxalq şahmat turniri keçiriləcək. Yarışın başlamasına 10 gün qalmış "Vüqar Həşimov Memorialı-2022"nin bütün iştirakçılarının adına aydınlıq gəlib. Son olaraq Abdulla Qədimbəyli, çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend də yarış iştirakçıları sırasında yer alıb.

Daha əvvəl Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun da turnirdə iştirak edəcəyi dəqiqləşmişdi.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq.

Azər