Bakıda ilk dəfə sprint yarışı təşkil olunacaq

Bakıda ilk dəfə sprint yarışı təşkil olunacaq

Gələn il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarışı təşkil olunacaq. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Sprint yarışlarına Azərbaycan ilə yanaşı, Avstraliya, Belçika, Braziliya, ABŞ və Qətər də ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da keçiriləcək.