“Futbol yaradıcıları”nın antirekordu

“Futbol yaradıcıları”nın antirekordu

Qətər-2022-nin 1/4 final mərhələsi çərçivəsində keçirilənİngiltərə- Fransa oyunu Böyük britaniyalılar üçündünya çempionatları tarixində antirekordla yadda qalıb. “Futbolun yaradıcıları” 7-ci dəfə mundialların 1/4 final mərhələsində mübarizəni dayandırıblar. Bu, dünya futbolunda ən zəif göstərici hesab olunur. Böyük Britaniya təmsilçiləri daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə də eyni aqibətlə üzləşiblər.

Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, Qətər-2022 ilə vidalaşıb.