Paytaxtımız 8 ildən sonra yenidən şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Paytaxtımız 8 ildən sonra yenidən şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Paytaxtımız gələn il şahmat üzrə Dünya Kuboku yarışına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib. Turnir iyulun 29-dan avqustun 26-dək keçiriləcək.

Xatırladaq ki, ölkəmiz daha əvvəl də zəka sahiblərinin Dünya Kuboku yarışlarına ev sahibliyi edib. Belə ki, 2015-ci ildə də ali şahmat qurumu bu mötəbər yarışın ev sahibliyi hüququnu ölkəmizə həvalə etmişdi.