61 idmançı arasında bürünc medal

61 idmançı arasında bürünc medal

Stolüstü tennisçimiz Adil Əhmədzadə Portuqaliyada keçirilən “WTT Youth Contender Vila Real 2023” turnirində uğurla çıxış edib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançımız ardınca Polşa, Peru və Rumıniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında İtaliya idmançısına uduzan A.Əhmədzadə nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına sahib olub.

Bu yaş qrupunda ümumilikdə 61 idmançı mübarizə aparıb və bu da kifayət qədər ciddi rəqabətdən xəbər verir.