Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir. Bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.