Maks Ferstappendən növbəti qələbə

Maks Ferstappendən növbəti qələbə

Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi müəyyənləşib. “Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen rəqiblərini qabaqlayaraq birinci olub. Bu, M.Ferstappenin cari çempionatda qazandığı altıncı qələbəsi olub. Monrealda keçirilən yarışda ikinci yeri “Aston Martin” komandasından ispaniyalı pilotu Fernando Alonso, üçüncü yeri isə “Mercedes”dən britaniyalı Luis Hamilton tutub.