İlqar Rəhimov IPC prezidenti ilə görüşüb
BOK
20.06.2023, 11:19
Almaniyanın paytaxtı Berlində Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, qurumun prezidentliyə namizədi İlqar Rəhimov arasında görüş keçirilib. Görüş zamanı iyunun 30-da Portuqaliyanın Fatima şəhərində IBSA-nın növbəti Baş Assambleya və orada baş tutacaq seçkilər ətrafında müzakirələr aparılıb. İlqar Rəhimov seçkilərdə IBSA-nın prezidentliyinə öz namizədliyinin irəli sürülməsi, eyni zamanda, hazırladığı islahatlar paketi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, islahatlar IBSA-nın fəaliyyətinin daha da genişləndirilməsi, şəffaflığın təmin olunması, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi ilə bağlı işlərin aparılması və digər istiqamətlərdə də nailiyyətlərin əldə edilməsi üçün önəmlidir. O, görmə məhdudiyyəti olan idmançıların Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirakı barədə də öz fikirlərini bölüşüb.
IPC-nin prezidenti Endrü Parsons isə öz növbəsində İlqar Rəhimovun IBSA-da dayanıqlı inkişafı təmin etmək məqsədilə qurumda müxtəlif istiqamətlərdə bir sıra dəyişikliklər və yeniliklərin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək, ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb.
Tərəflər arasında dünyada görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, xüsusilə Cənubi Amerika, Asiya və Afrika ölkələrində bu istiqamətlərdə işlərin aparılmasının vacibliyi qeyd olunub. E.Parsons bu istiqamətdə IPC-nin IBSA-ya lazım olacaq dəstəyi göstərəcəyini vurğulayıb.
IPC prezidenti, həm də Azərbaycanda paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərə görə İlqar Rəhimova öz təşəkkürünü bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK