Milli Olimpiya Komitəsində görüş keçirilib - FOTO
BOK
12.07.2023, 16:36
İyulun 12-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüş olub.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan komandasının missiya rəhbəri Vaqif Əliyev, festivala yollanacaq idmançılar və məşqçilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə yarışın əhəmiyyəti barədə danışaraq, idmançılara uğurlar arzulayıb. “10 gündən sonra Sloveniyanın Maribor şəhərində Avropa Yeniyetmələrinin növbəti Olimpiya Festivalı keçiriləcək. Azərbaycan komandası da ənənəvi olaraq bu tədbirdə iştirak edəcək. Budəfəki tədbirdə bəzi idmançılar ikinci dəfə təmsil olunacaqlar. Bunun da səbəbi bundan əvvəl Slovakiyada keçirilən festivalın COVİD-19 pandemiyasına görə bir il müddətinə - 2022-ci ilə təxirə salınması ilə bağlıdır. Oyunlar iki il ardıcıl olaraq keçirildiyinə görə bəzi idmançılar festivalda ikinci dəfə iştirak edəcəklər. Bir çox idmançı üçün bu, ilk beynəlxalq yarış olacaq. Festivalda iştirak edən komandamıza uğurlar arzulayır, onların Vətənə yüksək nəticələrlə qayıdacağına inanıram”, - deyə Çingiz Hüseynzadə bildirib.
Tədbirdə çıxış edən MOK-un idman idarəsinin baş məsləhətçisi, festivalın missiya rəhbəri Vaqif Əliyev isə Sloveniyanın Maribor şəhərində keçiriləcək yarış haqda tədbir iştirakçılarını məlumatlandırıb. “1991-ci ildən keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında Azərbaycan komandası 1995-ci ildən iştirak edir. Bu, sayca 17-ci idman tədbiridir ki, komandamız da bunlardan 13-də iştirak edib. Yeniyetmə idmançılarımız bu tədbirlərin hər birindən Vətənə medallarla qayıtmağı bacarıb”, - deyə Vaqif Əliyev bildirib. O, həmçinin Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyat, qidalanma və başqa texniki məsələlər haqda tədbir iştirakçılarına məlumat verib.
Daha sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı, “Olimpiya mədəniyyəti və təhsil proqramı”nın (OCEP) rəhbəri Ceyhun Rəhmanov çıxış edərək festival zamanı OCEP layihəsi çərçivəsində məktəblilərin iştiakı barədə danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmiziZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcək.
AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə çıxışında yeniyetmə idmançılara və komandanın məşqçilərinə antidopinq istiqamətində mövcud qaydalarından, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.
Qeyd edək ki, festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-a yaxın 14-18 yaşlı yeniyetmə idmançılarla iştirak edəcək. Azərbaycan komandası festivalda 6 idman növü - cüdo, atletika, gimnastika, velosiped, tennis və üzgüçülük üzrə 36 idmançı ilə təmsil olunacaq. Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 23-də, bağlanış mərasimi isə iyulun 29-da keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK