Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film təqdim edilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film təqdim edilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sənədli film təqdim edilib. "SƏRƏNCAM № 42" adlı ekran işində ulu öndərin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs olunur.

“Nizami” kinoteatrında təşkil olunan təqdimat mərasimində federasiyanın prezidenti Mahir Məmmədov çıxış edərək, il ərzində müxtəlif tədbirlər həyata keçirdiklərini xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu il çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunan kütləvi tədbirlər keçirilir. Bizim şahmat təqvimimizdə də bir neçə belə tədbir təşkil edilib”.

Federasiya prezidenti Heydər Əliyevin Azərbaycan şahmatının inkişafına böyük təkan verdiyini söyləyib: “Ulu Öndərin verdiyi diqqət sayəsində Azərbaycan qısa müddətdə dünyanın aparıcı şahmat ölkələrindən birinə çevrildi”.

M.Məmmədov iyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokuna hazır olduqlarını sözlərinə əlavə edib.