“Bayrağımız qürur mənbəyimizdir!” devizi altında yürüş keçirilib

“Bayrağımız qürur mənbəyimizdir!” devizi altında yürüş keçirilib


Noyabrın 3-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüş keçirilib. 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşün təşkil olunmasında əsas məqsəd gənclər arasında velosiped idmanını təbliğ etməkdən ibarət olub.
"Bayrağımız qürur mənbəyimizdir!” devizi altında keçirilən yürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilərə Azərbaycan bayrağı, papaq və gödəkçələr hədiyə olunub.
Şıx çimərliyi ilə üzbəüz Veloparkdan başlayan yürüş Dövlət Bayrağı Meydanında başa çatıb.