Avropa Kuboku: "Kür" mübarizəni dayandırdı

Avropa Kuboku: "Kür" mübarizəni dayandırdı

Kişi həndbolçulardan ibarət "Kür" klubu Avropa Kubokunda II mərhələnin cavab oyununa çıxıb.

Azərbaycan təmsilçisi Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya İdman Kompleksində Xorvatiyanın “Sesvete" komandasını qəbul edib.

Matç rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bir həftə əvvəl Xorvatiyada təşkil olunan ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Sesvete" iki oyunun nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanıb.