Budoçularımızın Van zəfəri

 Budoçularımızın Van zəfəri

Türkiyənin Van şəhərində Budo Döyüş Növləri üzrə açıq dünya çempionatı keçirilib. Yarışda Azərbaycanın 8 idmançısı qızıl medal qazanıb.

“Free Kontakt” qaydası üzrə Ramil Abdullayev (7-8 yaş, 25 kq), Vəli Vəliyev (15-16 yaş, 56 kq), Sayad İmamverdiev (17-18 yaş, 60 kq), Nurin Həsənov (17-18 yaş, 88 kq) və Elnur İbrahimov (+18 yaş, 62 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

“B-1 Full kontakt” növündə isə İqbal Alıyev (17-18 yaş, 58 kq), Məhəmmədəli Nuruşov (17-18 yaş, 62 kq) və Ruslan Tağıyev (+18 yaş, 70 kq) bütün rəqiblərinə qalib gəliblər.

Komandamız bu nəticə ilə 32 ölkənin 1132 idmançısının qüvvəsini sınadığı açıq dünya çempionatında ikinci yeri tutub. İran komanda hesabında birinci, Türkiyə isə üçüncü olub. Qaliblər kəmər, medal və diplomlarla mükafatlandırılıblar.