Qarışıq döyüş növləri üzrə turnirin qalibləri müəyyənləşdi

Qarışıq döyüş növləri üzrə turnirin qalibləri müəyyənləşdi

Əbu-Dabidə (BƏƏ) qarışıq döyüş növləri üzrə UFC-294 turniri başa çatıb. Gecənin əsas döyüşü yüngül çəkidə (70 kq-a qədər) rusiyalı İslam Mahaçev ilə avstraliyalı Aleks Volkanovski arasında olub. İ.Mahaçev revanş görüşündə texniki nokautla qalib gəlib. Orta çəki dərəcəsində (84 kq-a qədər) rusiyalı Həmzət Çimayev vaxtilə 77 kq-a qədər çəki dərəcəsində çempion olmuş nigeriyalı Kamaru Usmanı məğlub edib. İkram Ələskərov Uorli Alvesə 1-ci raundda texniki nokautla qalib gəlib. Səid Nurməhəmmədov Muin Qafurovu, Məhəmməd Mokaev isə Tim Elliottu boğma fəndi ilə məğlubiyyətə uğradıb. Trevor Pik hakimlərin yekdil qərarı ilə Məhəmməd Yəhyadan üstün olub (29:28, 30:27, 30:27).

Digər döyüşlərdə Əbu Azaitar Sedrik Dümas (29:28, 29:28, 29:28), Mike Breeden Anşul Jubli (nokaut), Məhəmməd Naimov Nataniel Vudu (29:28, 29:28, 29:28), Şarabutdin Maqomedov isə Bruno Silva (30:27, 30:27, 30:27) üzərində qələbə qazanıb.

Qadınların döyüşündə Viktoriya Dudakova Jin Yu Freyi məğlub edib (29:28, 29:28, 29:28).