MOK-un baş katibi Azər Əliyev EYOF Komissiyasının iclasında iştirak edib

MOK-un baş katibi Azər Əliyev EYOF Komissiyasının iclasında iştirak edib

Noyabrn 8-də Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan MOK-nun baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.

Əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub. Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarına gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.

Əlavə olaraq görüşdə EYOF-un gələcək plan və strategiyalar, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.