Azərbaycan və Türkiyə Badminton federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Türkiyə Badminton federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan Badminton Federasiyası (ABF) ilə Türkiyə Badminton Federasiyası (TBF) arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri zamanı baş verib.

Şamaxıda təşkil olunan tədbirdə memorandumu ABF prezidenti Taleh Ziyadov və onun türkiyəli həmkarı Ərcan Yıldız imzalayıblar.