Astaralı idmançının uğuru

Astaralı idmançının uğuru

Astaralı idmançılar respublika yarışları ilə yanaşı, Avropa və dünya çempionatlarında layiqli qələbələri ilə yığma komandalarımızın uğurlarında pay sahibi olurlar. Rayonda boks idman növünə böyük maraq göstərən idmançılar var. Əli Məmmədov da belə boksçulardan biridir. O, bu yaxınlarda Minskdə keçirilən yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə uğurla çıxış edib. 46 kq çəki dərəcəsində çıxış edən idmançımız turnirin bürünc mükafına sahib çıxıb.

Qeyd edək ki, Əli Məmmədov Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyevin yetirməsidir.