Respublika Spartakiadası başa çatdı

Respublika Spartakiadası başa çatdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadasına yekun vurulub.

7 komitənin (Aviasiya İşçiləri HK RK, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Azərbaycan Hİ RK, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK, Müdafiə Sənayesi İşçiləri Hİ RK, Metal İşçiləri Hİ, “Metropoliten İşçiləri” Hİ Federasiyası, “Baku” Stil Kompani MMC İşçiləri HİB) tərkibində 52 komandanın iştirak etdiyi Spartakiadada ümumilikdə 235 (214 kişi, 21 qadın) zəhmətkeş qalib adı uğrunda mübarizə aparıb.

10 idman növü - minifutbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, şahmat, dama, nərd və güllə atıcılığı üzrə keçirilən spartakiadada son olaraq güllə atıcılığı yarışları keçirilib. Zenit” BTİC İB-in idman bazasında keçirilən yarışda qalib adını “Baku” Stil Kompani MMC İşçiləri HİB-in komandası qazanıb. “Müdafiə Sənayesi İşçiləri” Hİ RK və “Aviasiya İşçiləri” HK RK komandaları müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Spartakiadanın yekun nəticələrinə əsasən “Aviasiya İşçiləri” HK RK komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Metropoliten İşçiləri” Hİ kollektivi ikinci yeri tutub. “Müdafiə Sənayesi İşçiləri” Hİ RK komandası isə Respublika Spartakiadasını üçüncü pillədə başa vurub.

“Zəhmətkeşlərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilən Respublika Spartakiadası zəhmətkeşlərin bütün təbəqəsini əhatə edib.

Respublika Spartakiadası başa çatdı