Ədalət təmsilçilərimizə növbəti etimad

Ədalət təmsilçilərimizə növbəti etimad

Azərbaycanlı beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşlarına növbəti dəfə etimad göstərilib. Ədalət təmsilçilərimiz Avrokubok oyununa təyinat alıblar. Hakimlərimiz kişilər arasında EHF Avropa Liqasının qrup mərhələsinin oyununda ədaləti qoruyacaqlar.

Bu, Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma noyabrın 28-də Novi-Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında keçiriləcək.