“Vətənin müdafiəsinə hazıram ”poliatlon çoxnövçülüyü üzrə rayon turniri təşkil olunub

“Vətənin müdafiəsinə hazıram ”poliatlon çoxnövçülüyü üzrə rayon turniri təşkil olunub

Masallı Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” çərçivəsində rayonda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin X-XI sinif

şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon sektorlarının təşkilatçılığı ilə keçirilən turnirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılış mərasimində respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından, eləcə yarışın məqsəd və vəzifələri barədə danışan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri komandalara uğurlar

arzulayıb yarışa start verib.

Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə keçirilən yarışda 29 komanda mübarizə aparıb.

başladı. Yekun nəticələrə əsasən Çaxırlı kənd tam orta məktəbin komandası birinci yeri tutub. Ərkivan qəsəbəsi C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin komandası ikinci, Mollaoba kənd B.Şiriyev adına tam

orta məktəbin komandası isə üçüncü yerə sahib çıxıb. Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.