Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə iştirak edib

Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə iştirak edib

Yeniyetmə fiqurlu konkisürənimiz Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, o, “Bosphorus Istanbul Cup 2023“də 112,47 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıblar.