Fiqurlu konkisürənimiz İstanbulda birinci oldu

Fiqurlu konkisürənimiz İstanbulda birinci oldu

Azərbaycanı Fiqurlu Konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Istanbul Cup 2023“ beynəlxalq yarışında iştirak edib. Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, fiqurlu konkisürənimiz 9 ölkəni təmsil edən 11 idmançı arasında 221.10 xal toplayaraq birinci yerə sahib olub.

Yarışda iştirak edən digər yeniyetmə fiqurlu konkisürənimiz Səbinə Əliyeva isə 112,47 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıblar.