“Söz verirəm” kampaniyası Gəncədə

“Söz verirəm” kampaniyası Gəncədə

Azərbaycan Cüdo Federasiyasının (ACF) keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kampaniya təşkil edilib.

100-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib.

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq ediliblər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə ediblər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.