Həndbolçularımız qitə çempionatına hazırlaşırlar

Həndbolçularımız qitə çempionatına hazırlaşırlar

18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının hazırlığına başlayıb.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakıda bir araya gələn yığma həm fiziki, həm də texniki-taktiki plan üzrə məşq edir.

Komanda hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. Dekabrın 5-dən 12-dək davam edəcək səfər proqramına əsasən, qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq. Milli komanda Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.

Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.