Avarçəkənimiz nüfuzlu yarışın qalibi oldu

Avarçəkənimiz nüfuzlu yarışın qalibi oldu

Monakodaşahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” Reqatası keçirilib. Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib. Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib.
Diana “Çağırış Kuboku-2023” Reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.