Xizəkçi Dünya kubokundan kənarda qalıb

Xizəkçi Dünya kubokundan kənarda qalıb

Norveçli xizəkçi Martin Lövström Nyenget sağlamlığı ilə bağlı İsveçin Ostersund şəhərində keçiriləcək 2023/2024-cü il mövsümündə kross yarışı üzrə Dünya Kubokunun üçüncü mərhələsinə qoşulmayacaq. “NRK” saytında yer alan xəbərə görə, Nyenget Finlandiyanın Ruka şəhərində təşkil olunan Dünya kubokunun açılış mərhələsində klassik üslubda (15 km-lik vaxt sınağında) qalib gəlib. Onun Ostersund mərhələsində Norveç yığmasındakı yerini üçqat dünya çempionu Şur Rote tutacaq.

Qeyd edək ki, Ostersundda kross yarışı üzrə Dünya Kubokunun üçüncü mərhələsi dekabrın 9-10-da keçiriləcək. Mərhələnin proqramına klassik üslubda sprintlər və sərbəst üslubda 10 km-lik vaxt sınağı ilə yarışlar daxil edilib.