Badmintonçularımız Avropa çempionatının pley-offunda

Badmintonçularımız Avropa çempionatının pley-offunda

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa Çempionatının təsnifat mərhələsində qrupda ikinci oyununu keçirib. Komandamız İrlandiya yığması ilə qarşılaşıb. Görüş badmintonçularımızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamız bu qələbə ilə pley-offa vəsiqə qazanıb.

Badmintonçularımız sabah pley-off mərhələsinin oyununda Çex Respublikası-Avstriya matçının qalibi ilə qarşılaşacaq.