Tələbə gimnastlar “Rektor Kuboku” turnirində yarışıblar
BOK
10.12.2023, 10:07
Milli Gimnastika Arenasının köməkçi zalında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib.
Azərbaycan Gimnastika Federasiyası (AGF) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində əvvəlcə ulu öndərin idman sahəsinə verdiyi töhfəni əks etdirən videoçarx nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə bir çox yarışların uğurla təşkil olunduğunu bildirib.
Rəsmi çıxışdan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Yarışda 8 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan 130-dək tələbə qüvvəsini sınayıb. Fərdi çoxnövçülükdə “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam” “Şuşa”, “Füzuli”, “Xocalı” “Zəngilan”, “Laçın” komandalarının təmsilçiləri sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar ilə hərəkətlərin icrasında mübarizə aparıblar.
Komanda yarışlarında “Füzuli”, “Şuşa”, “Zəngilan”, “Cəbrayıl”, “Laçın”, “Xankəndi” və “Ağdam”ın üzvləri bacarıqlarını nümayiş etdiriblər. Komanda yarışında “Zəngilan” birinci yerə layiq görülüb. “Füzuli” ikinci, “Şuşa” isə üçüncü yeri tutub. Qrup çıxışında “Şuşa” qalib adını qazanıb. “Füzuli” və “Zəngilan” komandaları isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşüblər. Fərdi çoxnövçülükdə “Zəngilan” komandasının təmsilçisi Rəşad Məmmədov qızıl medala sahib çıxıb. “Füzuli” komandasını təmsil edən tələbələr, Rahib Məmmədov gümüş, Vüsal Səmədov isə bürünc medala yiyələnib.
Qeyd edək ki, AGF ilə ADBTİA arasında gimnastikasının inkişafı istiqamətində indiyədək bir sıra birgə layihələr uğurla təşkil edilib.
İlk dəfə olaraq “Rektor kuboku”nun keçirilməsində məqsəd bütün idman növlərinin təməlini təşkil edən gimnastika növü vasitəsilə akademiyanın müxtəlif fakültələrində təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq formalarının gücləndirilməsidir.
Ümid edirik ki, məhz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi gələcəkdə bu sahədə peşəkar məşqçi-müəllimlərin yetişməsinə öz layiqli töhfəsini verəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK