Stolüstü tennis üzrə rayon turniri başa çatdı 

Stolüstü tennis üzrə rayon turniri başa çatdı 

Masallıda məktəblilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilib. Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun və Masallı Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması, stolüstü tennis idman növünə rayonda marağı artırmaq, eləcə də məktəblilər arasında möhkəm dostluq əlaqələri yaratmaqdan ibarət olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə 30 nəfər idmançı öz gücünü sınayıb. İlk üç yeri tutan idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.