Ağırlıqqaldıranlar Azərbaycan Kubokunda bir araya gələcəklər

Ağırlıqqaldıranlar Azərbaycan Kubokunda bir araya gələcəklər

Dekabrın 16-17-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək. Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, yarışda şəhər və rayonları təmsil edən yüzdən çox atlet qüvvəsini sınayacaq.

Yarışın təşkil olunmasında əsas məqsəd ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşdirilməsindən ibarətdir.