Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edir

Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edir

Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş 100 xanalı dama üzrə beynəlxalq turnirə start verilib. İsveç sistemi üzrə 9 turdan ibarət yarışda 30 damaçı bacarığını göstərir. Azərbaycan, Rusiya, Belarus və Gürcüstan idmançılarının mübarizə apardığı turnirdə dünyanın bir sıra güclü damcıları, beynəlxalq ustaları və beynalxalq qrosmeysterləri iştirak edir.

Yarışın əsas favoriti isə hazırkı dünya çempionu Andrey Valiukdur.

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Damaçılar İttifaqının birgə təşkil etdiyi beynəlxalq turnirə dekabrın 17-də yekun vurulacaq.