Tennisçi baketbolçuya verilən dəyərdən narazıdır

Tennisçi baketbolçuya verilən dəyərdən narazıdır

Uimbledon-2022-nin finalçısı, avstraliyalı tennisçi Nik Kirgios öz idman növündə maaşları və basketbolla müqayisə edib. O, xüsusilə “Vaşington Uizards”ın hücumçusu Kayl Kuzmanı xatırladıb.

"Mən başa düşmürəm ki, Kayl Kuzma kimi orta istedadlı NBA oyunçusu necə ola bilər ki, bu yay 100 milyon dollara dörd illik müqavilə imzalaya bilər. Demək olar ki, Rocer Federer bütün karyerası ərzində cəmi 130 milyon dollar qazanıb. Kayl hətta NBA-nın “ən yaxşı 50 oyunçusu”nun sırasına da daxil deyil,” – “Sports İllustrated” ondan sitat gətirir.

Qeyd edək ki, Kuzmanın yer aldığı komanda Şərq Konfransının turnir cədvəlində 14-cü yerdədir. Paytaxt komandası müntəzəm mövsümdə cəmi 4 qələbə qazanıb, 20-də uduzub.