Halep: “Həmişə dopinqin əleyhinə olmuşam”

Halep: “Həmişə dopinqin əleyhinə olmuşam”

İkiqat “Böyük Dəbilqə” çempionu rumıniyalı tennisçi Simona Halep bərəsində 4 illik qadağanın onun peşəkar karyerasına son qoyacağını bildirib.

“Artıq bir ildən çox vaxt keçib. Mən bunu hər gün çox ağrılı hiss edirəm. Emosidigyalarım çoxdur. Dopinq testinin müsbət nəticə verdiyi barədə məktub alanda şoka düşdüm. Mən səhv bir şey etmədiyimi bilirəm. Bilirəm ki, mən təmizəm. Həmişə dopinqin əleyhinə olmuşam. Mənim yaşımda dörd il çox uzun müddətdir. Diskvalifikasiya müddəti azalmasa, öhdəsindən gələcəyimi bilmirəm. Bu, yəqin ki, karyeramın sonu olacaq”, –  deyə “Euronews Rumıniya” Halepin sözlərindən sitat gətirib.

Xatırladaq ki, bu ilin sentyabrında Halep antidopinq qaydasını pozduğuna görə 2026-cı ilin oktyabrına qədər diskvalifikasiya edilib. Qadağan olunmuş maddə idmançının 2022-ci ilin sonunda verdiyi dopinq nümunəsində aşkar edilib. Bundan başqa müfəttişlər idmançının bioloji pasportunda da pozuntular aşkar ediblər. Oktyabr ayında Halep ona dörd il müddətinə qadağa qoyulması qərarından CAS-a apellyasiya şikayəti verdiyini söyləyib.