Azərbaycan Kuboku: ilk günün qalibləri mükafatlandırıldı

Azərbaycan Kuboku: ilk günün qalibləri mükafatlandırıldı

Bu gün ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən yarışın ilk günündə qadın idmançılar altı çəki dərəcəsi üzrə mübarizə aparıblar. Gərgin mübarizə şəraitondə keçən yarışda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qalib idmançılara Azərbaycan Ağırlıqqaldırma Federasiyanın prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov və Milli Məclisin deputatı İqbal Məmmədov təqdim ediblər.

Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.