Veteran stolüstü tennisçilər ölkə turnirində yarışıblar

Veteran stolüstü tennisçilər ölkə turnirində yarışıblar

 

Veteran stolüstü tennisçilər arasında ölkə turniri keçirilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 60-a yaxın iştirakçı mübarizə aparıb. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov müxtəlif yaş kateqoriyalarına əsasən, qızıl medala sahib çıxıblar. Qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri ilə mükafatlandırılıblar.