Tennis əfsanəsi Venesiyada

Tennis əfsanəsi Venesiyada

Böyük Dəbilqə turnirinin qalibi, keçmiş tennisçi rusiyalı Mariya Şarapova sosial şəbəkələrdə Venesiya (İtaliya) səfərindən fotolar yerləşdirib. O social şəbəkə hesabında “Salam, Venesiya”, - sözlərini yazıb. Şarapova bildirib ki, o, şəhəri gəzib, bir neçə muzey və restorana baş çəkib. Bu müddət ərzində o, 18 min addımdan çox addım atıb.

Xatırladaq ki, Mariya Rusiyanın ən titullu tennisçisidir. Şarapova karuerası ərzində 39 WTA titulunu (fərdi 36), o cümlədən beş Böyük Dəbilqə kuboku və 2004-cü ildə WTA Final Çempionatında mükafat qazanıb.