XV Respublika Spartakiadasının stolüstü tennis yarışları başa çatdı

XV Respublika Spartakiadasının stolüstü tennis yarışları başa çatdı

“Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Spartakiadası davam edir. Spartakiada çərçivəsində təşkil olunan stolüstü tennis yarışlarına yekun vurulub.

Qızlar və oğlanlar arasında keçirilən yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman kompleksində keçirilib.

6 komandanın iştirak etdiyi qızların yarışında birinci yerə Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası layiq görülüb.
Bakı Texniki Kollecinin komandası ikinci, Qida Sənaye Kollecinin tələbələri isə üçüncü yeri tutub.
Stolüstü tennis üzrə oğlanların yarışında da 6 komanda iştirak edib. Gərgin mübarizənin sonunda Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası birinci olub. Sənaye və Texnologiya Kollecinin komandası ikinci, Bakı Texniki Kollecinin komandası isə üçüncü yerə sahib çıxıb.