Dünya çempionu Nadala hədiyyə göndərib

Dünya çempionu Nadala hədiyyə göndərib

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi DÇ-2022-nin finalında geyindiyi köynəyi ispaniyalı tennisçi Rafael Nadala hədiyyə edib. “Nadal Akademiyası”nın X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsinin verdiyi məlumata görə, köynək 22-ci dəfə Nadalın muzeyində nümayiş etdirilir. Messi köynəyin üzərində - "Rafaya sevgi və heyranlıqla" cümləsini yazıb.

Məlumat üçün bildirək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransaya yığmasına  (penaltilər seriyasında 3:3, 4:2) qalib gələrək, dünya çempionu olmuşdu. Həlledici görüşdə iki qol vuran Messi penaltilərdən birini də qola çevirib.