Kataloniyalılar itirə-itirə gedirlər

Kataloniyalılar itirə-itirə gedirlər

İspaniyanın "Barselona" klubu “Barca Vision”un səhmlərinin bir hissəsinin satışından 40 milyon avro itirib. “Relevo” xəbər verir ki, 2022-ci ilin avqustunda “Barca Vision”un 29,5 faizini satın alan “Libero Football Finance”, bu ilin son rübündə ödəməli olduğu 40 milyon avronu Barselonaya ödəməyəcək. Buna görə də kataloniyalilar klubun gəlirlərini  artırmaq üçün yeni sərmayəçilər axtarırlar. Hətta onlar aparıcı futbolçularını da satışa qoymaq riskini artırıblar.

Qeyd edək ki, "Barselona" hazırda İspaniya La Liqasında 18 matçdan sonra  38 xalla üçüncü pillədə qərarlaşıb.