Ölkə turniri başa çatdı

Ölkə turniri başa çatdı

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında keçirilən ölkə turnirinə yekun vurulub. “Şüa” İdman Kompleksində təşkil olunan yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin çempionluğu ilə yadda qalıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə və Sofiya İlyasova üçüncü yeri tutub.

Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilov və Cəfər Almədədli üçüncü yerlə kifayətləniblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.