Gəncə şəhər stadionunda yanğın olub

Gəncə şəhər stadionunda yanğın olub

Gəncə şəhər stadionunda yanğın hadisəsi baş verib. Yanğın stadionun ərazisində yerləşdirilmiş inşaat işçilərinin konteynerində olub. Arenada ümumi sahəsi 20 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Hadisənin baş verməsinə əsas səbəb kimi elektrik naqillərindəki qısaqanma göstərilir. FHN hadisəyə dərhal müdaxilə edərək yanğının qarşısını alıb.

Xatırladaq ki, Gəncə şəhər stadionu hazırda sökülərək yenidən təmir olunur.