Ağırlıqqaldırma üzrə milli komandalara yeni baş məşqçilər təyin olunub

Ağırlıqqaldırma üzrə milli komandalara yeni baş məşqçilər təyin olunub

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandalarına yeni baş məşqçi təyinatları olub.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, idarə Heyətinin qərarına əsasən rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib.

Uzun müddət Rusiya yığmasında çalışan mütəxəssis ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. M.Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçılar sırasında yer alıb. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.