Hansı içkilər insan orqanizminə müsbət edir?

Hansı içkilər insan orqanizminə müsbət edir?

ABŞ-ın Florida ştatının həkim Cozef Selhab özünün sosial şəbəkə hesabında izləyicilərinə hansı içkilərin sağlamlığa müsbət təsiri edə biləcəyini bildirib. “She Finds” portalının məlumatına görə,  Selhab qara qəhvənin tərkibindəki faydalı maddələr sayəsində qaraciyərin sağlamlığına müsbət təsir etdiyinə əmin olduğunu bildirib. Antioksidantlar yağlı qaraciyər xəstəliyinin inkişafına nəzarət etməyə və qaraciyər xərçəngi riskini azaltmağa kömək edə bilər. Bundan əlavə, kofein maddələr mübadiləsini sürətləndirir, kalori yandırır və arıqlamaq üçün faydalıdır. Əgər insan qəhvəni sevmirsə, həkim antioksidantlarla da zəngin olan yaşıl çay içməyi məsləhət görür. Onlar yalnız qaraciyərə deyil, bağırsaqlara da faydalı təsir göstərir. Kofeinsiz içkilərə üstünlük verənlər üçün də alternativ məsləhət yaddan çıxmayıb. Blenderdə qarışdırılan meyvə və ya tərəvəzlər təkcə qaraciyər və bağırsaqlar üçün deyil, bütövlükdə orqanizm üçün də faydalıdır. Bədəni vitaminlərlə təmin edir. Qeyd edək ki, bu yazı yalnız məlumat məqsədi daşıyır. Bunun üçün həkimlə məsləhətləşmək tələb olunur.