Geri dönüş məğlubiyyətlə yadda qalıb

Geri dönüş məğlubiyyətlə yadda qalıb

Üçqat Böyük Dəbilqə çempionu, almaniyalı tennisçi Anjelika Kerber 2022-ci ilin iyulundan bəri ilk rəsmi matçını keçirib. Görüş Avstraliyanın Pert şəhərində komanda kubokuna təsadüf edib. Yarışda 35 yaşlı Kerber italiyalı Yasmina Paoliniyə (4:6, 5:7) uduzub. Tennisçilərin görüşü 1 saat, 48 dəqiqə davam edib.

Xatırladaq ki, Kerberin idman karyerasındakı fasilə onun ana olması ilə bağlı idi. O, bu ilin fevral ayında Anjelika Liana adlı bir qız övladını dünyaya gətirib.