Messinin xoşbəxt qonşusu

Messinin xoşbəxt qonşusu

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin qonşusu Patrik Bet-David bildirib ki, futbolçu “Fort Lauderdale” sahilində mülk aldıqdan sonra öz evinin dəyəri 22 milyon avro artıb.

“Mən evimi 18 milyon avroya aldım və Messi gələndən sonra ev 40 milyon oldu. Mən kapitalımı 22 milyon avro artırdım”, – deyə o, “Mundo Deportivo”ya bilidirib.

O, həmçinin əlavə edib ki, Messinin sayəsində ərazi hasarlanıb və yaxşı mühafizə olunur.