Məktəblilər şahmat turnirində yarışıblar

Məktəblilər şahmat turnirində yarışıblar

 

Lənkəranda məktəblilər arasında şahmat turniri keçirilib. Lənkəran şəhər UGİŞM-in birinciliyində 8, 10, 12, 14, 16 yaşlı məktəblilər qalib adı uğrunda mübarizə aparıblar. 42 şahmatçının iştirak etdiyi yarış iki gün davam edib. Qaliblər növbəti mərhələyə vəsiqə qazanıblar. Yarışın təşkilində əsas məqsəd növbəti aylarda keçiriləcək Azərbaycan birinciliyinin seçmə mərhələsi üçün Lənkəran rayonunu təmsil edəcək yığma komandanı müəyyən etməkdir.