"Bu yola davam etməyə dəyərmi?"

"Bu yola davam etməyə dəyərmi?"

Dünyanın birinci raketkası Novak Cokoviç Avstraliya Açıq çempionatının startı ərəfəsində mümkün karyerası ilə bağlı fikirlər bildirib. “Mənim daxilimdə həmişə tennisi sevən və yalnız tennisdən xəbəri olan bir uşaq var... və o uşaq hələ də bu yola davam etmək istəyir. Amma digər tərəfdən mən iki uşaq atasıyam. Ailəmdən uzaqdayam və hər dəfə uzun müddətə səyahət edəndə ürəyim parçalanır. Buna görə də düşünürəm ki, bu yola davam etməyə dəyərmi?” - deyə «Sport Klub» Cokoviçdən sitat gətirib.

Xatırladaq ki, Avstraliya Açıq çempionatının əsas püşkatma mərhələsində yarışlar yanvarın 14-də başlayacaq və iki həftə davam edəcək.