"İşıqları söndürün - əyləncə bitdi"

"İşıqları söndürün - əyləncə bitdi"

31 yaşlı amerikalı tennisçi Rayan Harrison peşəkar karyerasını başa vurduğunu açıqlayıb. "İşıqları söndürün - əyləncə bitdi. Yeni ilin gəlişi ilə həyatımın yeni bir fəsli başlayır. Keçən illərdə səhhətimlə bağlı uzun sürən mübarizədən sonra karyeramı başa vurmaq qərarına gəldim. Kortda gözəl anlar yaşaya bildiyim üçün inanılmaz dərəcədə şadam. Çox gözəl xatirələrim var”, - deyə Harrison sosial media səhifəsində yazıb.

Qeyd edək ki, Harrison 2017-ci ildə qoşa yarışlarda Fransa Açıq çempionu və beş ATP turnirinin qalibidir.