Daha bir tennisçi böyük idmanla vidalaşır

Daha bir tennisçi böyük idmanla vidalaşır

Dünyanın 62-ci nömrəsi olan Daniel Kollinz bu mövsüm karyerasını başa vurmaq istəyir. Yanvarın 18-də o, dünyanın bir nömrəsi İqa Sviatekə 4:6, 6:3, 4:6 hesabı ilə uduzaraq, Melburnda keçirilən Avstraliya Açıq çempionatından kənarlaşdırılıb. "Karyeramın sonu? Əslində bu, mənim yarışda son mövsümüm olacaq. Dəqiq nə vaxt bilmirəm, amma bu mənim son mövsümüm olacaq və həqiqətən də bunu səbirsizliklə gözləyirəm. Sual ola bilər kiniyə? Bilirəm ki, həyatda hələ görüləsi çox işim var, amma hələ də tennis oynayıram”, - "ASAPsport" nəşri Kollinzdən sitat gətirib.

Məlumat üçün bildirək ki, 30 yaşlı tennisçi karyerası ərzində üç dəfə WTA turnirinin qalibi olub. Həmçinin ABŞ milli komandasının tərkibində 2022-ci ildə Avstraliya Açıq çempionatının finalına və 2018-ci ildə Fed Kubokunun finalına yüksəlib.